ABŞ Azərbaycana qarşı qərəzli addım atdı

16 Noyabr 2023 15:30 Problem 499
ABŞ Azərbaycana qarşı qərəzli addım atdı

“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq”.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn bildirib.

O qeyd edib ki, ABŞ bu ölkənin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən imtinanın müddətini uzatmayacaq:

“Çünki vəziyyətin real yaxşılaşmasını görməmişik. Bütün bunlar sülhü təşviq etmək məqsədi daşıyır”.

907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti