Millidən uzaqlaşdırıldı - Beyin silkələnməsinə görə

14 Noyabr 2023 21:40 Problem 666
Millidən uzaqlaşdırıldı - Beyin silkələnməsinə görə

“Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqor Norveç millisinin heyətindən kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb 24 yaşlı futbolçunun beyin silkələnməsi keçirməsidir.

Məşq zamanı top Edeqorun üzünə dəydiyi üçün onda beyin silkələnməsi olub. Həkimlər futbolçunun bir neçə gün istirahət etməli olduğunu bildirib.

O, yığmanın Farer adaları və Şotlandiya ilə matçlarında iştirak edə bilməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti