İngiltərəli hakimlərin "Qarabağ"ın oyununda verdiyi ÖNƏMLİ MESAJ

15 Noyabr 2023 23:40 Problem 5 239
İngiltərəli hakimlərin "Qarabağ"ın oyununda verdiyi ÖNƏMLİ MESAJ

"Qarabağ" Avropa Liqasının 4-cü turunu məğlubiyyətlə başa vurdu.

"Bayer"i qəbul edən "Atlılar" meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılmalı oldu.

Görüşdəki yeganə qol əsas vaxta əlavə olunmuş dəqiqədə penalti zərbəsindən sonra vuruldu.

İngiltərəli hakimin VAR-a baxdıqdan sonra verdiyi qərar Qurban Qurbanovu qəti razı salmadı.

O, uzun müddət 4-cü hakimə öz etirazın bildirdi. Həm də məşqçilər üçün ayrılmış sahəni bir xeyli tərk edərək.

Hətta bu hal bir neçə dəfə təkrarlandı. Penalti zərbəsi dəqiq yerinə yetiriləndən sonra da təcrübəli mütəxəssis etirazını davam etdirdi.

İngiltərəli referi təmkinlə onu sakitləşməyə dəvət etdi.

O, təkcə Qurbanova qarşı belə nəcib davranış göstərmədi.

Həm də onun həmkarı Xabi Alonsoya da güzəştə gedirdi.

Belə ki, xüsusilə ilk hissənin ortalarında baş hakimin qərarlarından narazı qalan ispaniyalı bir neçə dəfə sərt formada yan xətt və 4-cü hakimə etirazını bildirdi.

Qarşılığında isə yalnız şifahi xəbərdarlıq gördü.

Bir anlıq gözümün önünə Azərbaycan Premyer Liqasında yerli hakimlərimizin çıxardığı hoqqalar düşdü.

Dəfələrlə oxşar və hətta daha yüngül etirazlar zamanı Premyer Liqa klublarının məşqçiləri qarşılarında sarı vərəqələr görüblər.

Dindirəndə də AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək FİFA-nın tələb və tövsiyələrindən danışır.

İngiltərəli hakimlər briqadası Bakıda əyani göstərdi ki, danışdıqlarınız cəfəngiyat və nağıldır.

Hər fürsətdə cəza vermək metoduna əl atmaq çıxış yolu deyil.

Hakim həm də bir pedaqoq olmalı və futbolçular, məşqçilər, rəsmilərlə maksimum dil tapmağa çalışmalıdır.

Yoxsa sizin kimi, ağzını açana vərəqə verib kənara yollayırsınız.

Bu, çirkinlikdən başqa bir şey deyil.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!