Paşinyan 3 prinsipli sülh müqaviləsindən danışdı

11 Noyabr 2023 03:30 Problem 599
Paşinyan 3 prinsipli sülh müqaviləsindən danışdı

Ermənistan tərəfinin Azərbaycanla üç prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edildiyi açıqlanıb.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumundakı panel müzakirəsində deyib.

O bildirib ki, birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadratmetr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır.

İkinci prinsip sərhədlərin delimitasiyası və demarkasiyasının 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmasıdır.

Üçüncü prinsip regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində aparılmasına aiddir.

Digər Xəbərlər
Xəbər Lenti