Azərbaycan millisinə dəvət alan legionerin qarşılaşdığı ŞOK OLAY!

10 Noyabr 2023 23:00 Problem 776
Azərbaycan millisinə dəvət alan legionerin qarşılaşdığı ŞOK OLAY!

Gürcüstanın "Rustavi" klubunun üzvü Raul Hacıyev Azərbaycanın U-19 yığmasına cəlb edilsə də, ona toplanışında iştirak etmək nəsib olmayıb.

Milli komandadan dəvət alan müdafiəçinin hətta Qəbələdə keçirilən təlim-məşq toplanışına qatılması üçün təyyarə biletinə kimi alınıbmış.

Lakin yola düşməyinə saatlar qalmış futbolçuya bildirilib ki, rəsmi matçlarda oynaması üçün ona pasport verilməyib.

Və bu səbəbdən Azərbaycana gəlməsinə ehtiyac yoxdur.

Buna görə də, müdafiəçi yığma komandamıza qarşıdakı tsiklda kömək etməyəcək.

Halbuki, futbolçunun valideynləri Gürcüstanda yaşayan azərbaycanlılardandır.

Dərd odur ki, Hacıyev daha əvvəl U-19 yığmamızın iki toplanışına cəlb edilmiş və qısa zamanda aparıcı futbolçuya çevrilməyi bacarmışdı.

Ona Gürcüstanın aşağı yaş qruplarından ibarət yığmalarından dəvət gəlsə də, o, seçimini Azərbaycandan yana etmişdi.

Raul dilimizdə səlist danışır.

İstedadlı futbolçunun milli komandamıza gəlişi də öz canfəşanlığı sayəsində baş tutub.

Belə ki, U-19 millimiz Gürcüstanda toplanışda olan zaman Raul özü şəxsən baş məşqçiyə yaxınlaşıb, Azərbaycan millisində oynamaq istəyini bildirib.

Aqil müəllim sağ olsun, ona şans verib və yanılmayıb.

Hətta gələcəkdə U-21, əsas milli komandaya namizədlər arasında gördüyünü dilə gətirib.

Davamlı futbolçumuzla münasibətdə olan təcrübəli mütəxəssis Raulun milli komandaya cəlb olunması üçün çox çaba göstərsə də sonda AFFA və Azərbaycan Gənclər və İdman Nazirliyi müdafiəçiyə pasport verilməsi üçün heç bir addım atmayıb.

Maraqlıdır, bunun üçün Raulun Höccət Haqqverdi kimi iranlı olması, fars dilində danışması lazımdır?

Və ya Filip Ozobiç kimi Xorvatiyalı olub, öz millisinə lazım olmaması?

Necə olur ki, yuxarıda adı çəkilən və digər onlarla legionerin ölkəmizə heç bir bağlılığı olmadığı halda elə hava limanındaca milli pasport ala bilirlər, amma canı canımızdan olan, ölkəmizə, millətimizə olan sevgisindən hətta futbolçu kimi yetişdiyi, böyüdüyü, inkişaf etdiyi Gürcüstan millisindən aldığı dəvəti geri çevirən Raula yox?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti