“Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına heç bir maneə görmürəm”

14 Oktyabr 2023 03:20 Problem 583
“Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına heç bir maneə görmürəm”

Rusiya Prezidenti Vladimir Putin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına heç bir maneə görmədiyini bildirib.

O, bu barədə Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında danışıb.

“Mən dedim ki, biz sülh sazişinin bağlanması ümidi ilə dinc danışıqların bərpasına kömək etməyə hazır olacağıq. Biz bütün həmkarlarımızı Moskvaya toplaşmağa dəvət etdik”, - Putin qeyd edib.

O, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın belə bir təklifdən xəbərdar olduğunu vurğulayıb:

“Mənə elə gəlir ki, bu, tamamilə mümkündür. Qarabağ hadisələrindən sonra sülh müqaviləsinin bağlanmasına mane ola biləcək hər hansı problem görmürəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti