Azərbaycanda koronavirusun təhlükəli variantı aşkarlanıb?

12 Oktyabr 2023 20:10 Problem 655
Azərbaycanda koronavirusun təhlükəli variantı aşkarlanıb?

“Hazırda Azərbaycanda koronavirusun “Eris” variantının yayılması barədə rəsmi məlumat yoxdur”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev bildirib.

V.Əliyev qeyd edib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb:

“COVID-19-un yeni ştamı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir”.

“Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir”, - infeksionist əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti