“Real”ın ulduzu millimizlə oyunda meydana çıxmayacaq

10 Oktyabr 2023 01:00 Problem 652
“Real”ın ulduzu millimizlə oyunda meydana çıxmayacaq

Avstriya millisinin kapitanı David Alaba AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçikaya qarşı keçiriləcək oyunları buraxacaq.

Sportinfo.az xəbər verir ki, müdafiəçi heyətdən çıxarılıb.

Baş məşqçi Ralf Ranqnik ona dəvət göndərsə də, tibbi müayinədən sonra yığmanın oyunlarına hazır olmayacağı müəyyənləşib.

"Real”ın 31 yaşlı oyunçusu Madrid təmsilçisinin düşərgəsində qalacaq.

Oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək avstriyalılar bundan üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!