AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek Elçin Məsiyevdən sonra daha bir referini cəzalandırıb.
Bu hakim Kamal Umudludur.
Türkiyəli funksionerin belə addım atması onun Premyer Liqanın son 2 turunda yol verdiyi səhvlərdir,
Belə ki, Premyer Liqada 7-ci turun ən gərgin oyunlarından biri Sumqayıtda keçirilib. Yerli komandanın “Turan Tovuz”la qarşılaşması hər iki tərəfin səylərinə baxmayaraq, hesab açılmayıb.
Qərb təmsilçisi çətin səfərdən 1 xalla dönməsinə baxmayaraq, idarəçilikdən razı qalmayıb. Kamal Umudlunun 44-ci dəqiqədə verdiyi qərar onları narazı salıb.
Belə ki, “kimyaçılar”ın yarımmüdafiəçisi Rövlan Muradov cərimə meydançası daxilində qonaqların hücumçusu Martin Petkova qarşı kobud oynayıb.
Ayağından zərbə alan bolqarıstanlı legioner yerdə qalıb. Di gəl, nə referi, nə də VAR otağında əyləşənlər epizodu penalti kimi qiymətləndirib.
Barış Şimşek həm Sumqayıtdakı, həm də Suraxanıdakı qarşılaşmada yol verdiyi xətaları Kamal Umudluya irad tutub.
Bəs Suraxanıda nə edib?
8-ci turun «Qarabağ» - «Sumqayıt» qarşılaşmasına (5:0) VAR hakimi olaraq təyinat alan «ədalət təmsilçisi» 42-ci dəqiqədəki mübahisəli epizodu düzgün qiymətləndirməyib.
Rövlan Muradovun cərimə meydançası daxilində kobud oynamasına göz yuman Umudlu burada penalti olmadığını bildirib. Baş hakim Əliyar Ağayev onun sözünə arxayın olmayıb və VAR kamerasına yaxınlaşıb.
Videonu təkrar-təkrar izləyən FİFA referisi VAR otağından gələn çağırışın tam əksinə qərar çıxarıb və penalti təyin eləyib, Toral Bayramov isə.hədəfi dəqiq nişan alıb.
SPORTİNFO.AZ

