Azərbaycanla oyunöncəsi 7 problemlər var

28 Sentyabr 2023 23:20 Problem 806
Azərbaycanla oyunöncəsi 7 problemlər var

Avstriyanın 7 futbolçusu AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərinə qarşı keçiriləcək oyunöncəsi zədəli duruma düşüb.

Sportinfo.az xəbər verir ki, onlardan hücumçu Marko Arnautoviçin oktyabrdakı görüşlərə çağırılmayacağı dəqiqdir.

Klublarının heyətində zədələnən müdafiəçilər David Alaba və Stefan Poşun da qarşıdakı matçlara dəvət alma ehtimalları çox aşağı göstərilib.

Marsel Sabitzer, Mixael Qreqoritş, Florian Qrillitş və Filip Muene isə hazırda zədələrini sağaltmaqla məşğuldurlar.

Oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti