
«Biz mövcud infrastrukturu da qoruya bilmirik, stadionların yerində binalar tikirlər».
Bu sözlər Sportinfo.az-ın təsisçisi İlkin Vaqifoğluna məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin qonağı olub. İ.Vaqifoğlu bildirib ki, respublikanın paytaxtı ilə yanaşı, əksər şəhər və rayonlarda futbol bazalarının çatışmazlığı yaranıb.
«Bakı» kimi fəaliyyətini dayandırmış klubların istifadəsiz qalan məkanları ya amamilə dağıdılıb, ya da təyinatı dəyişdirilib.
Qusar və İsmayıllı kimi rayonların adını çəkən müsahib deyib ki, Elxan Məmmədov yönətimindəki AFFA rəhbərliyi bu problemli mövzuya etinasız münasibət göstərib:
«Məsuliyyəttli şəxslər sorğu-suala cəlb olunmalıdır. Onlar yaranan vəzyyətə görə hesabat verməlidirlər.
Nə qədər ki cavabdehlər sorğu-sual olunmayıb, bu problem hələ uzun illər qalacaq. Hər şey elə bundan başlayır».
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: