
“Qurban Qurbanovu milliyə gətirdilər, amma onunla yola getmədilər”.
Bu sözlər “Qusar”ın baş məşqçisi Kamran Əlibabayevə aiddir.
II Liqada çıxış edən komandanın çalışdırıcısı AFFA-nın həmkarına səhv yanaşmasından danışıb:
“Gərək Qurbanla yola gedərdilər. O, hardasa istəyərdi ki, öz planı ilə komandanı qaldırsın.
Bu gün “Qarabağ”ı necə qaldırıbsa, bəlkə yığmanı da elə qaldıracaqdı. Ona imkan vermədilər orada işləməyə.
Mən açıq deyim, səbəblər çoxdur. San-Marinonu udandan 15-30 min pul verirlər. Qurban elə eləmirdi.
San-Marino nə komandadır ki, ona o qədər “premya” versinlər. Qurban ona görə 6 illik müqavilə bağlamışdı ki, millini hardasa o səviyyəyə qaldırsın.
O da “Qarabağ”da 3-4 il əziyyət çəkib. İndi 10 ildir dalbadal yaxşı nəticələr göstərir.
Mourinyonu da gətir, bunu düzəldə bilməyəcək. millini yerli mütəxəssis düzəltmədilər”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: