COP29

"Seltik"in müdafiəçisini millimizlə oyunda meydanda görməyəcəyik?

17 Mart 2023 13:20 Problem 270
"Seltik"in müdafiəçisini millimizlə oyunda meydanda görməyəcəyik?

AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan ilə qarşılaşacaq İsveç millisinin bir futbolçusu zədələnib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Karl Starfelt sıradan çıxıb.

28 yaşlı mərkəz müdafiəçisi Şotlandiya klubu “Seltik”in heyətində ölkə kubokunun 1/4 final mərhələsində “Harts”la qarşılaşmada zədələnib.

“Seltik”in 3:0 hesablı qələbə qazandığı qarşılaşmanın fasiləsindən sonra meydana çıxmayan Starfelt buna baxmayaraq, İsveç yığmasına dəvət edilib.

Skandinaviya təmsilçisinin baş məşqçisi Yanne Andersson müdafiəçinin zədələnməsindən xəbərdar olduğunu bildirib:

“Starfeltin zədəsi elə də ciddi deyil. Ancaq yenə də durumunu məşqlərdə bir daha görəcəyik”.

İsveç millisi martın 24-də Belçika, 27-də isə Azərbaycan yığmasını Solnada qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"