Nazim Süleymanov Emin Ağayevi çıxılmaz vəziyyətdə qoydu

8 Fevral 2023 21:20 Problem 1 216
Nazim Süleymanov Emin Ağayevi çıxılmaz vəziyyətdə qoydu

Nazim Süleymanov klub rəhbərliyinin təklifinə müsbət yaşanaraq “Ximki-2”ni çalışdırmağa qərar verib.

Artıq yeni işinin icrasına başlayan təcrübəli mütəxəssis seleksiya xarakterli məşqlərdə namizədləri gözdən keçirir.

Bu təyinatdan sonra ortaya çıxan sual Emin Ağayevin gələcəyinin necə olacağıdır.

Millimizin sabiq müdafiəçisi “Ximki”nin U-19 komandasında Süleymanovun köməkçisi idi. Nazim bəyin gedişindən sonra onun da əvəzedici komandada çalışacağı, yoxsa fəaliyyətini U-19-da baş məşqçi kimi davam etdirəcəyi maraqlı məqamdır.

Ağayev hazırda hər iki komandada işləyir. Lakin bu, müvəqqəti xarakter daşıyır. Əldə etdiyimiz bilgiyə görə, ötənlərin “2 nömrə”si U-19-da baş məşqçi kimi çalışmaqda maraqlıdır.

Lakin Nazim Süleymanov onu yanında görmək istəyir deyə, seçim arasında qalıb. Necə deyərlər, yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal.

Ağayev yaxın günlərdə həm klub rəhbərliyi, həm də Nazim Süleymanovla söhbət edəndən sonra karyerası ilə bağlı qərar verəcək. Ya U-19-da baş məşqçi olacaq, ya da “Ximki-2”də köməkçi-məşqçi kimi çalışacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti