"Legioner limiti götürülsə, milli komandanı məhv edərik"

12 May 2022 23:00 Problem 955
"Legioner limiti götürülsə, milli komandanı məhv edərik"

"Legioner limiti götürülsə, millini məhv edərik".

Sportinfo.az xəbər verir ki, bunu "report"a müsahibəsində "Neftçi" və "Keşlə"nin ("Şamaxı") sabiq baş məşqçisi Tərlan Əhmədov AFFA İcraiyyə Komitəsinin Azərbaycan Premyer Liqasında legioner limitini saxlaması qərarına münasibət bildirərkən deyib.

51 yaşlı mütəxəssis 6+5 limitinin dəyişməsinin əleyhinə olduğunu söyləyib:

"İlk növbədə, yığma komandanı fikirləşməliyik. Bizdə klub sayının az olduğu vaxtda milliyə futbolçu seçmək çətindir.

Limiti dəyişib, 7+3 və ya 8+2 etsək, yığmaya oyunçu seçimi çətinləşəcək. 21 yaşlı futbolçunun heyətdə olması isə illərdir komandalara problem yaradırdı".

Əhmədov uzun illər milli komandada oyunçu seçimi ilə bağlı problem yaşandığını sözlərinə əlavə edib:

"Futbolçu az olanda milliləşdirməyə üstünlük verilir, bunun da xeyrini görməmişik. AFFA İcraiyyə Komitəsi Azərbaycan futboluna xidmət edəcək qərarlar verib".

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular