ÇARƏSİZLİK: Ölkə kubokunun son sahibi klub tapa bilmir

13 Yanvar 2022 19:40 Problem 1 236
ÇARƏSİZLİK: Ölkə kubokunun son sahibi klub tapa bilmir

“Keşlə”nin qış fasiləsində yollarını ayırdığı futbolçulardan biri Nicat Qurbanov oldu.

Yunis Hüseynovun dönəmində “qırmızılar”a cəlb olunan yarımmüdafiəçinin klubla müqaviləsinin müddəti dekabra qədər idi ki, Sənan Qurbanov Nicatın xidmətində maraqlı olmadı.

Odur ki, “Neftçi”nin yetirməsi kimi yadda qalan futbolçu indi özünə yeni iş yeri axtarır. Lakin Qurbanovun xidmətinə maraq göstərən yoxdur. Nə Azərbaycanda, nə də Gürcüstanda.

Bu haqda məlumatı Sportinfo.az-a açıqlamasında səbəbkarın özü verib. Nicat onu da bildirib ki, təklif olacağı halda, həmin klubla danışıqlar masası arxasında oturmağa hazırdır.

Maraq üçün xatırladaq ki, “17 nömrə” 2019-un yayında “Sumqayıt”dan ayrılandan sonra 27 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.

Lakin Gürcüstandan “Samtredia”sından aldığı təklifdən sonra fikrini dəyişmişdi. Nicat qonşu ölkədə oynadığı ilyarım ərzində 28 oyunda forma şansı qazanaraq rəqib qapılarından 12 top keçirmişdi.

29 yaşlı futbolçu 2012-ci ildən bu yana “Simurq”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz”, “Sumqayıt” və “Keşlə”nin şərəfini qoruyub.

Sonuncularla ölkə kubokunu qazanıbsa, “Zirə”nin heyətində Azərbaycan Premyer Liqasının gümüş medalına sahib olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi