Deputat Milli Məclisdə çağırış etdi: “Bu klubu Premyer Liqaya qaytarın”

4 Dekabr 2021 23:00 Problem 1 509
Deputat Milli Məclisdə çağırış etdi: “Bu klubu Premyer Liqaya qaytarın”

Gəncədən olan deputat Naqif Həmzəyev Milli Məclisdəki çıxışında “Kəpəz”dən danışıb.

Sportinfo.az xəbər verir ki, millət vəkili bu klubun bir neçə ildir I Divizonda mübarizə aparmasını xatırladıb.

Parlamentarı gəncəlilərin doğma komandalarını Premyer Liqada görmək istədiyini qeyd edib:

“Bildiyiniz kimi, futbolumuzun vəziyyəti çox da ürəkaçan deyil. AFFA-ya kifayət qədər vəsait ayrılır. Amma Gəncə futbolu kənarda qalıb.

Gəncəliləri narahat edən məsələ “Kəpəz”in Premyer Liqada olmamasıdır.

Regionlarımızda futbolu yenidən dirçəltmək və “Kəpəz”in əsas liqaya qayıtmasını təmin etmək lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş