Koronavirus pandemiyasının nə vaxt başa çatacağı açıqlandı

4 Dekabr 2021 18:10 Problem 902
Koronavirus pandemiyasının nə vaxt başa çatacağı açıqlandı

Koronavirus ən azı qarşıdakı 5 il ərzində ciddi təhlükə mənbəyi olaraq qalacaq.

Belə bir qənaətə Böyük Britaniya hökumətinin Fövqəladə Vəziyyətlər Elmi Məşvərət Qrupunun (SAGE) ekspertləri gəlib.

Belə ki, sözügedən müddət ərzində səhiyyəyə təhdid yaradacaq koronavirusa qarşı peyvəndləmə və monitorinq vasitəsilə cavab tədbirləri görməyin vacib olacağı bildirilib.

Lakin peyvəndləmə və sair cavab tədbirləri yetərsiz olsa, bu müddət arta da bilər.

Böyük Britaniyada aparılan geniş əhatəli peyvəndləmə işləri nəticəsində koronavirusa yoluxma ilə bağlı vəziyyətin nisbətən sabitləşdiyi də diqqətə çatdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş