Mahirin hansı hərəkəti "Legiya"nın baş məşqçisini qəzəbləndirib?

28 Noyabr 2021 13:00 Problem 2 189
Mahirin hansı hərəkəti "Legiya"nın baş məşqçisini qəzəbləndirib?

"Yaxşı komandaya qarşı oynadıq.

İlk dəqiqələrdən rəqibin hücum futbolu sərgiləyəcəyini gözləyirdik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Legiya"nın baş məşqçisi Marek Qolebiyevski İngiltərədə "Lester"ə 1:3 hesabı ilə uduzduqları Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis buraxdıqları ilk qoldan əvvəl mərkəzdə topu itirən Mahir Emrelinin reaksiyasından sonra qəzəblənib.

Buna 24 yaşlı hücumçunun sonadək mübarizə aparmaması səbəb olub. Qolebiyevski həmin epizoddakı reaksiyana belə aydınlıq gətirib:

"Meydanda baş verənlərə hər zaman dərhal reaksiya verirəm. Ona görə də reaksiyam belə oldu.

Oyunçu səhv edirsə və görürəm ki, bu, mənə qol bahasına başa gəlirsə, reaksiyam belə olur".

Mahir Emreli həmin matçda penaltidən yararlana bilməyib. Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib.

Digər Xəbərlər
Xəbər Lenti