"Bizə qarşı başqa təxribatlar olub" - "Qarabağ"ın baş məşqçisi

24 Noyabr 2021 12:40 Problem 910
"Bizə qarşı başqa təxribatlar olub" - "Qarabağ"ın baş məşqçisi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan klublarının Kipr təmsilçiləri ilə görüşlərdə üzləşdikləri təxribatlara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis azarkeşlərin çılğınlığını normal qarşıladığını söyləyib.

Onun fikrincə, bela hallar futbolçuların mübarizəsini daha da artırır:

"Fransa çempionatında “Lion” – “Marsel” oyununda da bu tip hadisələr yaşanıb və hətta matç yarımçıq dayandırılıb. Bunlar normal hallardır".

Qurbanovun sözlərinə görə, azarkeşlərin çılğınlığı ilə təxribatlar fərqli anlayışlardır: "Bizə qarşı başqa təxribatlar olub. Belə hallar futbolçularımı, əksinə, daha motivasiyalı edib".

Digər Xəbərlər
Xəbər Lenti