Mahir Emrelini tənqid etdi: “Onun qol vurmaması günah idi”

27 Sentyabr 2021 20:40 Problem 1 644
Mahir Emrelini tənqid etdi: “Onun qol vurmaması günah idi”

“Legiya”nın ən böyük problemi hücumda kəsərsiz olmasıdır”.

Sportinfo.az xəbər verir ki, bunu “Legiya”nın sabiq futbolçusu Marek Yojvyak komandanın hücum xətti barədə danışarkən deyib.

Polşa çempionatının IX turunda Varşava klubunun “Rakuv”a 2:3 hesablı məğlubiyyətini dəyərləndirən keçmiş müdafiəçi Azərbaycan millisinin hücumçusu Mahir Emrelini də tənqid edib:

“Əvvəllər cərimə meydançasına hər ötürmə, demək olar ki, Tomaş Pekartın qolu ilə nəticələnirdi. İndi belə qolçu yoxdur.

“Legiya”nın hücumları düzgün tamamlanmır. Mahir Emreli və Rafael Lopes “Rakuv”la görüşdə ələ düşən imkanlardan yararlanmalı idilər. Həmin epizodlarda qol vurmamaq günah idi”.

Mahir Emreli “Rakuv”la görüşdə 1 qol vursa da, bir neçə imkanı əldən verib.

Digər Xəbərlər
Xəbər Lenti