"Neftçi" ilə oyunöncəsi 3 problem – Finlandiya klubunda

3 Avqust 2021 13:40 Problem 1 625
"Neftçi" ilə oyunöncəsi 3 problem – Finlandiya klubunda

HİK Bakıda "Neftçi"yə qarşı keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Helsinki təmsilçisinin heyətində müdafiəçi Markus Halsti və hücumçu Atomu Tanakanın zədə səbəbindən oynamayacağı dəqiqdir.

Digər müdafiəçi Valtteri Morenin durumu hələlik bəlli deyil. Onun da eyni səbəbdən görüşü buraxacağı gözlənilir.

"Neftçi"də isə zədəli Namik Ələskərov və cəzalı Mert Çelik meydana çıxa bilməyəcək.

Bu gün "Bakcell Arena"da oynanılacaq matç saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti