ETİRAF: “Həmin vaxt düzgün hərəkət etmədim“

27 İyul 2021 12:20 Problem 566
ETİRAF: “Həmin vaxt düzgün hərəkət etmədim“

Sportinfo.az xəbər verir ki, “Çelsi”nin qapıçısı Kepa Appisabalaqa 2019-ciu ilin fevralında İngiltərə Liqa kubokunun finalında “Mançester Siti” ilə keçirilən oyunda (0:0, penalti seriyasında 3:4) yaşanan qalmaqal barədə danışıb.

Həmin qarşılaşmada “Çelsi”nin baş məşqçisi Sarri Kepanı əvəzləmək istəsə də, o, meydanı tərk etməmişdi. Qapıçı hərəkətini belə şərh edib:

“Gəlin, bununla bağlı sizə əsl həqiqəti deyim, məsələ bağlansın. Bu, qeyri-adi anlaşılmazlıq idi. Seyv etdikdə n sonra ayağımda narahatlıq hiss etdim və həkimləri çağırdım.

Birdən gördüm ki, Sarri Villi Kabaleroya hazırlaşmaq göstərişi verdi. Mənim isə zədəm yox idi, oyunu davam etdirə bilərdim.

Heç bir narahatlığımın olmadığı barədə işarə etdim. Amma Sarri bunu görmədi.

Hakim əvəzlənmə işarəsi verəndə meydanı tərk etməli idim. Həmin vaxt düzgün hərəkət etmədim. Həm məşqçimizi, həm də Villini, komanda yoldaşlarımı, hətta azarkeşlərimizi də pis vəziyyətə saldım”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda