Qarabağda işğaldan azad edilən rayonlarımızda başlayacaq quruculuq işləri ilə bağlı cəmiyyəti məlumatlandırılıb.
Rəsmi səviyyədə bildirilib ki, Ağdamda müasir standartlara cavab verən stadion tikiləcək.
Ümumiyyətlə, təkcə Ağdamda yox, işğaldan azad edilən bütün rayonlarda, şəhər və qəsəbələrdə idman qurğuları inşa ediləcək.
Deyilənlərə görə, AFFA rəhbərliyinin də əli gicişməyə başlayıb.
Nöşün ki, stadion tikintisində yaxşı pul olduğunu bilirlər. Belə tikintilər zamanı pul “yumağ”ın paltaryuyan maşında paltar yumaq qədər asan olmasından da agahdırlar.
Federasiya idarçiləri Azərbaycanda tikilən bütün stadionları, sözün əsl mənasında “yuyublar”. Bütün dünya süni örtükdən imtina etdiyi vaxtlarda, onlar süni örtüyü Azərbaycanda dəb saldılar.
Nöşün ki, bu işlə məşğul olan şirkətləri var. Daha sonra süni örtükləri təbii örtüklə əvəzləməyə girişdilər. Bir sözlə, futbolda girişmədiyi iş yoxdur.
İndi işğaldan azad olunan ərazilərdə stadionların tikiləcəyini eşidən AFFA mənsubları “dayday” axtarışına başlayıb. Özlərini hansı yolla olursa-olsun, bu işə pərçim etmək niyyətindədirlər.
Niyə? Ona görə ki, əvvəlcə bu stadionları süni örtüklə “bəzəmək“ lazımdır. Çünki süni örtükdə pul yaxşı “yuyulur”.
Bütün vəsait “yuyulub” qurtardıqdan sonra isə təbii örtüklə əvəzləmək olar stadionları.
Biz ümid edirik ki, adamlar bu məsələdə naümid qalmayacaq. Ona görə ki, həmişə pul “yumaq” onların ən böyük arzusudur. Hələ bir işlər başlasın...
BİZ

