İşğalçılıq ruhunda tərbiyə olunan erməni uşaqların VİDEOsu yayıldı

30 May 2021 22:20 Problem 1 823
İşğalçılıq ruhunda tərbiyə olunan erməni uşaqların VİDEOsu yayıldı

Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməklə kifayətlənmir, eyni zamanda onları bu ruhda tərbiyə edir.

Sportinfo.az xəbər verir ki, bunu təsdiqləyən görüntülər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsmanın rəsmi feysbuk səhifəsində paylaşılıb.

Paylaşılan video erməni uşaqlarının kiçik yaşlardan işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük, aqressiv formada tərbiyə olunmasının bir daha sübutudur.

"Belə ki, Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər.

Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunması qadağandır", - məlumatda bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti