"Gözləyirik, bu, ilk növbədə tərəfdaşlardan asılıdır”

29 May 2021 13:30 Problem 1 095
"Gözləyirik, bu, ilk növbədə tərəfdaşlardan asılıdır”

İqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması ilə bağlı üçtərəfli işçi qrupun növbəti görüşünün keçirilməsi Bakı və İrəvandan asılıdır.

Sportinfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bu, ilk növbədə tərəfdaşlardan asılıdır”, - deyə o vurğulayıb.

Cənubi Qafqazda nəqliyyat və kommunikasiyaların bərpa olunmasına toxunan Rusiya baş nazirinin müavini qeyd edib ki, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı işçi qrup çərçivəsində işlər indiyə kimi kifayət qədər konstruktiv gedib:

“Gözləyirik və sağlam düşüncəyə ümid edirik. Ümid edirik ki, işçi qrupunun bütün üzvləri tərəfindən nümayiş olunan sağlam düşüncə üstünlük qazanacaq və Azərbaycanla Ermənistan arasında, müvafiq olaraq Rusiya ilə Ermənistan arasında Azərbaycan ərazisindən keçərək dəmir yolu və avtomobil nəqliyyatı üçün imkanlar yaratmaq mümkün olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”