Görün, AFFA kimi milliləşdirməyə çalışır: "Öz ölkəmi istəyirəm"

29 May 2021 17:00 Problem 1 917
Görün, AFFA kimi milliləşdirməyə çalışır: "Öz ölkəmi istəyirəm"

"Bu, mənim yaralı yerimdir".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Keşlə"nin paraqvaylı legioneri Sezar Meza Kolliyə məxsusdur.

AFFA-nın 1 ildən artıqdıır milliləşdirmək istədiyi yarımmüdafiəçinin fikri öz ölkəsinin yığmasındadır. Pleymeyker bununla bağlı heç bir təklif almadığını vurğulayıb:

"Təəssüf ki, yığmadan heç kim mənimlə əlaqə saxlamayıb. Başa düşürəm, Azərbaycan çempionatı elə də populyar deyil.

Amma ümidimi itirməmişəm, öz üzərimdə işləməyə davam edirəm. Hər oyunçu öz ölkəsinin yığmasında forma geyinmək istəyər.

Ümid edirəm ki, bu, nəvaxtsa baş verəcək. Amma olmasa belə, sakitliyimi qoruyacamç".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti