Orduya çağırılan futbolçuların taleyi necə olacaq?

24 May 2021 19:00 Problem 1 170
Orduya çağırılan futbolçuların taleyi necə olacaq?

Premyer Liqa təmsilçiləri Müdafiə Nazirliyinə müraciət hazırlayıb.

AFFA-dan Sportinfo.az-a daxil olan məlumata görə, bu məsələ Klublar Komitəsinin son toplantısında razılaşdırılıb.

Belə ki, elita nümayəndələri həqiqi hərbi xidmət dövrü yaxınlaşan futbolçularının nazirliyin nəzdində fəaliyyət göstərən MOİK-ə göndərilməsini istəyir. Bura gələn həmin oyunçuların öz klublarıına icarəyə verilməsi xahiş olunur.

Federasiya bu prosesin tənzimlənməsində öz köməkliyini təklif edib. Belə ki, problem MOİK vasitəsilə çözülərsə, AFFA I Divzion iştirakçısına maddi-texniki dəstək verəcək.

AFFA Klublar Komitəsinin sədri və "Sumqayıt"ın prezidenti Riad Rəfiyev mətbuata son açıqlamasında bildirib ki, futbolçular üçün ayrıca çağırış vaxtı yoxdur:

"İclasda əsas müzakirə mövzusu əsgərlik yaşına çatan gənc futbolçuların hərbi xidmət məsələsi idi. Onların arasında milli komandalara dəvət olunanlar və olunmayanlar var.

Digəri isə I Diviziondakı limit məsələsi idi. Sadəcə, razılaşdıq ki, yaxın vaxtlarda bir daha görüşək, variantlar arasında seçim edib qərar verək. Müxtəlif fikirlər səsləndirildi.

Hər klubun öz mövqeyi var idi, hərə öz fikrini bildirdi. Konkret olaraq, hansısa problemdən danışmadıq. Məsələni müzakirə etdikdən sonra klublar çıxış yollarını göstərdilər.

Ətraflı danışdıq. İnanıram ki, qarşıdakı iclasda qərar qəbul edəcəyik. 18 yaşına çatan oyunçu hərbi xidmətə çağırılır. İclasda bu barədə ümumi söhbət oldu. Sırf hansısa çağırışdan danışmadıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti