İdman zalları, məscidlər və toy məclisləri ilə bağlı YENİ XƏBƏR - VİDEO

24 May 2021 11:20 Problem 2 199
İdman zalları, məscidlər və toy məclisləri ilə bağlı YENİ XƏBƏR - VİDEO

"Azərbaycanda iqtisadiyyatın bağlı olan sahələri var. Onların arasında idman zalları, məscidlər də var.

Eyni zamanda kütləvi tədbirlərin və toy məclislərinin keçirilməsi də qadağandır. Bağlı olan bu sahələrin bir çoxunun açılmasını gözləyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan millət vəkili Razi Nurullayev deyib.

O əlavə edib ki, Azərbaycanda bir milyondan çox insan peyvənd olunub və xəstələnənlərin də sayı xeyli azalıb: "İsti havadır və Azərbaycanın iqtisadiyyatının hərəkətverici qüvvəsi toylardır. Belə olan halda toylara icazə verilməlidir.

Bizim şadlıq saraylarımız var və onların hər birinin 2-3 hektar ərazisi var. Bu 2-3 hektarlı ərazidə açıq havada 300-400 nəfər insanı ara məsafəsini gözləməklə otuzdurmaq olar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti