"VAR sistemi ilə bağlı prosesə start verilib, amma ..." - AFFA-dan açıqlama

22 May 2021 22:20 Problem 1 597
"VAR sistemi ilə bağlı prosesə start verilib, amma ..." - AFFA-dan açıqlama

Başa çatan Azərbaycan Premyer Liqasında hakimlərin davamlı kobud səhvlərə yol verməsi hər kəsi "VAR (video-köməkçi hakim) sistemi ölkəmizə nə vaxt gələcək" sualı ətrafında daha çox düşünməyə vadar elədi. Hətta sonuncu tur çərçivəsində baş tutan "Neftçi" - "Qarabağ" oyunundan sonra ağdamlıların yarımmüdafiəçisi Qara Qarayev də VAR sisteminin olmasının vacibliyindən söz açmışdı.

Bəs görəsən, hər kəsin arzu elədiyi VAR sistemi ölkəmizə nə vaxt gətiriləcək?

Bu suala cavab olaraq AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sportinfo.az-a açıqlamasında bunları deyib:

"VAR-la bağlı proseslər gedir. Bu yaxınlarda avadanlıqların alınması ilə bağlı tender elan olundu. Yəni prosesə start verilib. Amma onun protokol müddəti var. Daha tez başlanmalıydı, amma pandemiyaya görə bir az yubanmalar oldu. Prosesin startından tətbiqinə kimi 23 aylıq protokol müddəti var. Treniqlər, avadanlıqların alınması var. Prosesin başlanmasından sonra əhatə elədiyi dövr 23 ay olmalıdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti