"Heç nə deyə bilmərəm, şokdayam" söylədi - FOTO

22 May 2021 23:00 Problem 2 241
"Heç nə deyə bilmərəm, şokdayam" söylədi - FOTO

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən yarışlardan müvəqqəti kənarlaşdırılmasına dair qərara reaksiya verib.

Sportinfo.az xəbər verir ki, dünya və 4 qat Avropa çempionu "report"a açıqlamasında qərarı gözlənilməz qarşıladığını bildirib.

"Heç nə deyə bilmərəm, şokdayam" söyləyən Kostova istifadəsi qadağan olunmuş maddənin orqanizminə necə düşməsindən xəbərsiz olduğunu vurğulayıb.

59 kq çəki dərəcəsində yer alan bolqarıstanlı legionerin orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. İdmançı B testinin analiz nəticəsini tələb etmək hüququna malikdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”