"Laçın dəhlizində DSX-inin fəaliyyətə başlaması zərurətə çevrilib" - VİDEO

4 May 14:30 Problem 239
"Laçın dəhlizində DSX-inin fəaliyyətə başlaması zərurətə çevrilib" - VİDEO

Azərbaycana hər hansı ölkədən humanitar yardımın gəlməsində qeyri-adi bir şey yoxdur.

Qarabağ da Azərbaycan ərazisidir, ora da humanitar yardım gələ bilər. Ancaq bu yardım mütləq Azərbaycan hökumətinin razılığı və icazəsi ilə olmalıdır.

Sportinfo.az xəbər verir ki, bu sözləri axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntüləri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, bu yardımların Ermənistan ərazisindən, Laçın dəhlizi vasitəsi ilə edilməsi və bundan Azərbaycanın məlumatsız olması beynəlxalq qanunların, o cümlədən 10 noyabr bəyanatının ciddi şəkildə pozulmasıdır:

“Ümumiyyətlə, Rusiya sülhməramlılarının Ermənistan vasitəsilə müvəqqəti onların nəzarətində olan Azərbaycan ərazilərinə “humanitar yardım” çatdırılmasına şərait yaratmaq səlahiyyəti yoxdur. Bu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin səlahiyyətində olan məsələdir. Ona görə də artıq Laçın dəhlizində Azərbaycan Dövlət Sərhəd Xidmətinin fəaliyyətə başlaması zərurətə çevrilib. İndiki halda müvəqqəti olaraq rus sülhməramlıları ilə birlikdə xidmət edilə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti