Ermənilər orduya göndərməyə əsgər tapa tapa bilmir - xidmət yaşı artırılır

19 Aprel 2021 23:30 Problem 514
Ermənilər orduya göndərməyə əsgər tapa tapa bilmir - xidmət yaşı artırılır

Ermənistan parlamenti “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna dəyişiklik layihəsini ikinci oxunuşda qəbul edib.

Sportinfo.az xəbər verir ki, 103 deputat layihənin lehinə səs verib, 2-si isə bitərəf qalıb.

Dəyişiklik müqavilə əsasında (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) xidmət edən hərbçilərin və zabit heyətinin ordu sıralarında daha çox qalmaları üçün yaş həddinin artırılmasını nəzərdə tutur.

Layihəyə əsasən, sıravi qulluqçular, kiçik və böyük gizirlər üçün yaş həddi 55-ə, kiçik zabitlər üçün 48-52-yə, böyük zabitlər üçün 50-55-ə, polkovniklər üçün 55-58-ə, daha yüksək rütbəli zabitlər üçün 63 yaşa qədər qaldırılacaq.

Dəyişikliklər həm kişi, həm də qadın hərbi qulluqçuları əhatə edir.

Mütəxəssislər hesab edirlər ki, Ermənistan Silahlı Qüvvələrində xidmət etmək istəyən hərbçilərin yaş senzinin artırılması orduda hərbçi çatışmazlığı ilə bağlıdır.

Çünki Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edib, şəxsi heyətini sıradan çıxarıb. İtkilərin yerini dolduracaq kadr olmadığı üçün hazırda qulluq edən hərbçilərlə müqavilə müddətini uzatmaq üçün qanuni baza yaradılır.

Eyni zamanda, Qarabağdakı məğlubiyyətdən sonra erməni gənclər orduda xidmət etmək istəmirlər.

Bundan başqa, ölkədə işsizlərin çoxu orduda xidmətə daimi iş yeri kimi baxır. Ancaq 44 günlük müharibədən sonra Silahlı Qüvvələrdə müqavilə əsasında xidmət etmək istəyənlər kəskin azalıb.

Qanuna dəyişikliklər həmçinin Ermənistan ordusunda muzdluların xidmət etməsinə də imkan yaradacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!