"FİFA “Avropadan qopanların liqası”na dəstək verməyəcək"

19 Aprel 2021 15:40 Problem 23 052
"FİFA “Avropadan qopanların liqası”na dəstək verməyəcək"

FİFA Avropa Superliqasının yaradılması ilə bağlı bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, ali futbol qurumu nəhəng klubların bu təşəbbüsünü qınayıb.

Bəyanatda həmin turnirin tanınmayacağı vurğulanıb:

“FİFA “Avropadan qopanların liqası”na dəstək verməyəcək. Bu turnir beynəlxalq səviyyəli yarışlardan kənardadır və prinsiplərimizə hörmətsizlikdir. Məsələ bütün tərəflərin iştirakı ilə ciddi şəkildə müzakirə olunmalıdır”.

Superliqada hələlik “Liverpul”, “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”un iştirakı təsdiqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...