Azərbaycanda toy qadağasının fəsadları: Evlənənlərin sayı nə qədər azalıb?

15 Aprel 2021 14:30 Problem 558
Azərbaycanda toy qadağasının fəsadları: Evlənənlərin sayı nə qədər azalıb?

2021-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 5 672 nikah və 2 417 boşanma halı qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,5 və boşanmaların sayı isə 1,5 olub.

Ölkə üzrə nikah hallarının sayı 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2 479 ədəd, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 2 565 ədəd azalıb.

Boşanma hallarının sayı isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 424 ədəd, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 301 ədəd azalıb.

Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 395 nəfər gəlib, Azərbaycandan isə 47 nəfər gedib. Miqrasiya saldosu ölkə üzrə müsbət 348 nəfər təşkil edib.

Digər Xəbərlər
Xəbər Lenti