"Komandanın AVRO-2020-yə kimin başçılığı altında gedəcəyi dəqiq bilinmir"

14 Aprel 2021 11:00 Problem 1 068
"Komandanın AVRO-2020-yə kimin başçılığı altında gedəcəyi dəqiq bilinmir"

Uels millisinin baş məşqçisi Rayan Giqqz Avropa çempionatını buraxa bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyasının prezidenti Kiron O Konnor BBC-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, rəfiqəsinə hücumda şübhəli bilinən və bu səbəbdən yığmadan kənarlaşdırılan 48 yaşlı mütəxəssisin vəzifəsinə qayıdışı sual altındadır:

"Komandanın AVRO-2020-yə kimin başçılığı altında gedəcəyi dəqiq bilinmir. Giqqz kollektivə qoşula bilsə, əla olacaq. Amma bu baş verməsə, A, B, C və D planlarımız da hazırdır".

O Konnor Avropa çempionatının oyunları zamanı komandanın sükanı arxasında Giqqzin köməkçisi Robert Peycin ola biləcəyini də istina etməyib.

Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var