Zəngəzur dəhlizi ilə bağlı hansısa prosesin aparılması barədə xəbərlər ermənilərin yuxusunu qaçırıb.
Sportinfo.az xəbər verir ki, erməni mediası Türkiyə və Azərbaycandan olan mütəxəsisslərin Erməmnistana uçduğu barədə məlumatlar tirajlayıblar.
Mehrinin meri Mxitar Zakaryan yayılmış şayiələrin cavabında bildirib ki, hazırda Mehriyə hər hansı mütəxəssislər gəlməyib və ölçmə işləri aparılmır.
Zakaryan bu açıqlamanı general Rustam Muradovla bərabər mütəxəssislərin gəldiyi və Zəngəzur dəhlizilə əlaqədar olaraq yolun ölçülməsi haqda məlumatlara cavab olaraq verib.
Mer deyib ki, 99 faiz ehtimalla belə şey yoxdur. “Əgər olsaydı, biz bilərdik”, deyən Zakaryan özünü narahat edən məsələdən də bəhs edib.
Bildirib ki, əgər kommunikasiyaların açılması məsələsi varsa, yaxşı olardı, bütün prosedurlara əməl olunardı. O qeyd edib ki, ancaq belə gizlilik, anlaşılmır və narahatlıq yaradır.
“Narahatlıq prosesin ictimailəşməməsi ilə əlaqədardır”, -mer əlavə edib.
Zakaryan bildirib ki, Mehri məsələsi – Ermənistanın varlığı və müstəqilliyi məsələsidir.
Onun sözlərinə görə, əgər söhbət kommunikasiyaların açılmasından, Naxçıvanla Azərbaycanın digər hissəsinin birləşməsini təmin etməkdən, Ermənistanın tranzit imkanlarından gedirsə, o halda məsələni mütəxəssislərlə müzakirə etmək lazımdır.
O əlavə edib ki, ancaq əgər işlər dövlətimizin iştirakı olmadan aparılarsa, o halda bu, müstəqilliyimizin itirilməsi deməkdir. Sonda Mehri yolunun açılması perspektivilə bağlı qeyd edib ki, bu dəfə hakimiyyətin hansı güzəştə gedəcəyini deyə bilməz.

