Bakı, Sankt-Peterburq, Buxarest, Budapeşt, London, Amsterdam, Kopenhagen və Qlazqo Avropa Çempionatı oyunlarını tamaşaçıların iştirakı ilə keçirəcəyini təsdiqləyib.
Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Bakı və Sankt-Peterburq tribunaların 50%, Budapeşt 100%, digər şəhərlər isə 25-33% dolacağına təminat verib.
Həmçinin, UEFA-nın Münhen,Roma, Bilbao və Dublində qitə çempionatı matçlarının keçirilməsilə bağlı aprelin 19-da qəti qərar qəbul edəcəyi bildirilib.
Qurumun qeyd edilən dörd şəhəri AVRO-2020 oyunlarının təşkili hüququndan məhrum edəcəyi gözlənilir.

