Peyvəndlə bağlı proqnoz: Ən çox istehsal və sifariş kimin payına düşəcək?

11 Aprel 2021 12:30 Problem 597
Peyvəndlə bağlı proqnoz: Ən çox istehsal və sifariş kimin payına düşəcək?

Əsas peyvənd istehsalçısı “AstraZeneca”, alıcılar isə Avropa İttifaqı (Aİ) və ABŞ olacaq.

Ümumilikdə, ölkələr 8,6 milyard doza koronavirus peyvəndi tədarükü üçün müqavilələr imzalayıblar. Bunlardan “AstraZeneca”nın payına düşən 2,4 milyard doza olub.

Sportinfo.az xəbər verir ki, “Pfizer” 1,5 milyard doza ilə ikinci yerdədir.

Çinin “Sinovac” şirkəti 480 milyon doza satılacaq, Rusiyanın “Sputnik V”si isə 303 milyon doza paylanacaq.

Eyni zamanda, 2021-ci ildə peyvənd istehsalçılarının ümumilikdə təqribən 12 milyard doza peyvənd istehsal edə biləcəyi qeyd olunur.

Zəngin ölkələr 4,6 milyard doza vaksin sifariş ediblər ki, bu da bütün peyvənd alışlarının 53 faizini təşkil edir.

Dozaların çox hissəsi 27 Aİ ölkəsi adından Avropa Komissiyası – 1,8 milyard doza, ardınca 1,2 milyard doza ilə ABŞ tərəfindən sifariş olunub.

Afrika İttifaqı 680 milyon doza ilə bağlanmış müqavilələrdə ilk üçlüyü bağlayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti