"Virus həyatımızda uzun müddət olacaq, hələ bir neçə il gözləməliyik"

6 Aprel 2021 09:10 Problem 538
"Virus həyatımızda uzun müddət olacaq, hələ bir neçə il gözləməliyik"

"Ölkəmizdə kollektiv immunitetin yaranması üçün hələ bir neçə il gözləməliyik".

Sportinfo.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

O bildirib ki, bu koronavirus həyatımızda uzun müddət olacaq:

"Koronavirusla yaşayacağımızı və yol gedəcəyimizi düşünürəm. Çünki bütün infeksiyaların 70-80 faizi əmələ gələndən sonra bizimlə birgə yaşayır”.

V. Cavadzadə onu da bildirib ki, insanlar bu virusa dəfələrlə yoluxduqdan sonra qanda antitellər əmələ gələcək və sonrakı nəsillər də bu xəstəliyi yüngül keçirməyə başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti