"Qoy, bütün Azərbaycan görsün ki, futbolumuzu kimlər rəzil vəziyyətə salıb"

4 Aprel 2021 15:00 Problem 1 608
"Qoy, bütün Azərbaycan görsün ki, futbolumuzu kimlər rəzil vəziyyətə salıb"

Yeni Nəsil Futbol Veteranları Şurası yaxın günlərdə onlayn mətbuat konfransı təşkil edəcək.

Bu barədə Sportinfo.az-a Şuranın aparıcı üzvü Zaur Ramazanov məlumat verib.

Ötənlərin tanınmış hücumçusu media mənsubları ilə görüşün səbəbləri haqda bunları deyib: «Azərbaycan futbolunun vəziyyəti dözülməz həddə çatıb.

Bir neçə ildən sonra bizdə nə futbol olacaq, nə də futbolçu. Heç normal klub da qalmayacaq. Onsuz da, milli göz qabağındadır. Kimə çatırıq, uduzuruq.

AFFA veteranlara qarşı çox biganədir. Onları görməzdən gəlir. Bu münasibət bizi çox məyus edir. Nə qədər ki veteranlar futbolun idarəçliyində yer almayıb, bu vəziyyət düzəlməyəcək.

AFFA-ya deyəcəyimiz kifayət qədər söz verib. biz onlar kimi başqa sahələrdən gəlib futbola doluşmamışıq. AFFA-nı idarə edənlər məsuliyyət hissini itirib.

Mətbuat bunları tanımalıdır. Axı nə qədər yalan danışmaq, boş-boş vədlər vermək olar..?

Haralara lazımdırsa, ora da məktublar yazacağıq. Qoy, bütün Azərbaycan görsün ki, futbolumuzu kimlər rəzil vəziyyətə salıb».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti