Britaniyanın bu niyyəti Bakıya heç sərf etmir

28 Fevral 2021 21:00 Problem 967
Britaniyanın bu niyyəti Bakıya heç sərf etmir

Böyük Britaniya Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) futbol üzrə Avro-2020 çempionatının bütün oyunlarının təşkilini üzərinə götürmək niyyətini təklif etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə Sunday Times yazır.

Qəzetin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Boris Conson yaşlı əhalinin vaksinasiyasının müddətinin bir ay əvvələ çəkiləcəyini deyib - peyvəndlənmə iyulun 31-dək aparılacaq ki, azarkeşlər stadionlara qayıda bilsinlər.

Futbol üzrə Avropa çempionatı 2020-ci ilin yayında 12 Avropa şəhərində - Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münhen, Roma və Sankt-Peterburqda keçirilməli idi.

Ancaq koronavirus pandemiyası səbəbindən çempionat 2021-ci ilin yayınadək təxirə salındı.

Bundan əvvəl bildirilib ki, UEFA Avropa çempionatının keçirilmə tarixini artıq təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti