DİQQƏT! ÜST pandemiyanın sona çatacağı tarixi açıqladı

24 Fevral 2021 02:45 Problem 2 180
DİQQƏT! ÜST pandemiyanın sona çatacağı tarixi açıqladı

“Koronavirus pandemiyası gələn ilin əvvəlində sona çatacaq”.

Sportinfo.az xəbər verir ki, belə bir proqnozla Ümüumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klyuqe deyib.

“Ən pis ssenari arxada qaldı. Biz 2020-ci illə müqayisədə virus haqqında artıq daha çox informasiyaya sahibik”, - deyə Klyuqe bildirib.

Onun sözlərinə görə, virus insan populyasiyasından tamamilə yox olmayacaq. Bununla belə məhdudlaşdırıcı tədbirlər gələn ilin əvvəlinədək başa çata bilər.

Klyuqe daha sonra bunun yalnız bir proqnoz olduğunu, vəziyyətin necə inkişaf edəcəyini dəqiq deməyin mümkün olmadığını sözlərinə əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti