Milli Məclisdə Operativ Qərargaha tənqid: “Toylar keçirilməlidir”

23 Fevral 2021 23:50 Problem 1 383
Milli Məclisdə Operativ Qərargaha tənqid: “Toylar keçirilməlidir”

Sportinfo.az xəbər verir ki, Milli Məclisin iclasında deputat Fazil Mustafa Nazirlər Kabineti yanında Operativ Qərargahı tənqid edib.

F.Mustafa idman zallarının açılması və toyların keçirilməsi ilə bağlı qərarların olmamasından şikayətlənib.

Deputat qeyd edib ki, idman zalları açılmalı, toy mərasimləri isə tənzimləmələrlə keçirilməlidir.

“Biz burada məsələ qaldırırıq, heç kim reaksiya vermir, maraqlanmır. Bu nə deməkdir? Niyə maraqlanmırlar ki, xalq necə yaşayır? Bu gün ölkədə ciddi demoqrafik problemlər də mövcuddur”, - deyə F.Mustafa söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"