Paşinyan əsir terrorçuların ailələri ilə qapalı görüşə qərar verdi

18 Fevral 2021 17:50 Problem 1 191
Paşinyan əsir terrorçuların ailələri ilə qapalı görüşə qərar verdi

Baş nazir Nikol Paşinyan Gümrü şəhərinə gedib.

Sportinfo.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın hökumət başçısı əsirlikdə olanların yaxınları ilə görüşməyi planlaşdırır. Görüşün qapalı şəraitdə keçiriləcəyi bildirilir.

N.Paşinyanı bu qərarı verməyə vadar edən səbəb Şirakdan olan əsirlərin yaxınlarının davamlı aksiyalar keçirməsi, hökumət qarşısında tələblərlə çıxış etməsidir.

Ermənilərin “hərbi əsir” adlandırdığı şəxslər əslində terrorçu fəaliyyətlərinə görə Azərbaycanda ittiham olunurlar.

Onlara qarşı cinayət işi qaldırılıb, istintaq gedir. Erməni tərəf Azərbaycandakı əsirlərin sayının 100-dən çox olduğunu iddia edir. Azərbaycan isə bəyan edib ki, hazırda 62 nəfər terrorçu ittiham olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti