“Görsələr ki, doktor özünü yaxşı hiss edir, onda peyvənd olunacaqlar”

15 Fevral 2021 13:50 Problem 526
“Görsələr ki, doktor özünü yaxşı hiss edir, onda peyvənd olunacaqlar”

Çin istehsalı olan “CoronaVac” peyvəndinin yan təsirləri daha azdır”.

Sportinfo.az xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl “qafqazinfo”ya açıqlamasında bildirib.

O qeyd edib ki, hansı vaksinin nə dərəcədə təsir etdiyini əslində dünya ictimaiyyəti bilmir. Çünki biz indiyə kimi onu laboratoriyada və klinik araşdırmalarda yoxlamışıq:

“Amma həyat klinik araşdırma deyil, laboratoriya isə heç deyil. Ona görə də, bütün dünyada peyvəndlərin təsirinin araşdırılması gedir.

Çin peyvəndinin təsir cəhətdən digərlərindən üstün olduğunu və ya əskik olduğunu söyləyə bilmərəm. Amma bir şeyi qeyd edə bilərəm ki, Çin peyvəndinin yan təsirləri daha azdır”.

V. İsmayıl bildirib ki, vaksinasiyaya inamsızlıq həmişə olub və bu, təkcə Azərbaycana xas deyil, bütün cəmiyyətlərdə belə qruplar var:

“İnsanlar daha praqmatikdirlər, ona görə də, onların narahatlığını başa düşmək olar. Əgər onlar peyvəndin təsirli olduğunu görsələr, məncə, peyvəndə şübhə ilə baxan bir çox insan peyvənd olunmağa tələsəcək.

Əlbəttə, bilənlər, inananlar artıq gedib peyvənd olunurlar. Məsələn, mən özüm peyvənd olunmuşam. İnsanlar da görsələr ki, Vasif doktor peyvənd olunur, xəstələnmir, özünü yaxşı hiss edir, onlar da vaksinasiyadan keçəcəklər”.

V. İsmayıl əlavə edib ki, əhalinin böyük hissəsi peyvəndlənsə və peyvəndin təsirli olduğu sübuta yetirilsə, açılmalar daha da davam edəcək. Amma bu, hələ ki, sadəcə fərziyyədir:

“Həqiqət odur ki, Azərbaycan əhalisinin çox kiçik hissəsi peyvəndlənib. Azərbaycanda immunizasiya olunmuş insan sayı hələ də kritik səviyyədən aşağıdır.

Ona görə də Azərbaycanda ikinci dalğa gözlənilir. Həmçinin, bununla əlaqədar müəyyən məhdudiyyətlər də gözlənilir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti