"Milliləşmə məsələsinə həssas yanaşmaq lazımdır" - AFFA-ya məsləhət

15 Fevral 2021 23:20 Problem 941
"Milliləşmə məsələsinə həssas yanaşmaq lazımdır" - AFFA-ya məsləhət

“Milliləşmə məsələsinə həssas yanaşmaq lazımdır”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a açıqlamasında türkiyəli mütəxəssis Naci Şensoy əcnəbi futbolçuların yığma komandalar üçün milliləşdirilməsinə münasibət bildirərkən deyib.

Son vaxtlar AFFA-nın ölkə xaricindən bir neçə oyunçunu milliləşdirməyə çalışması barədə fikir bildirən “Turan”ın sabiq baş məşqçisi bunun əleyhinə deyil.

Hazırda Kosovonun “Liria” klubunu çalışdıran 63 yaşlı çalışdırıcı yalnız komandanı gücləndirəcək səviyyədə futbolçuların milliləşdirilməsinin vacibliyini vurğulayıb:

“Əgər Azərbaycan futbolunun inkişafından söhbət gedirsə və bu yolda yerli oyunçuların səviyyəsi ürəkaçan deyilsə, Fransa, İngiltərə və ya Türkiyənin tətbiq etdiyi modeldən istifadə etmək lazımdır.

Ancaq bir şərtlə ki, milliləşən futbolçu azərbaycanlıdan ən azı 30-40 faiz üstün olmalıdır. Belədə gəlmələrlə yerlilər arasında rəqabət də formalaşar. Rəqabət isə keyfiyyət artımına yol açır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti