Premyer Liqa və I Divizion klubları pulunu SOCAR-dan niyə ala bilmir?

14 Fevral 2021 22:20 Problem 833
Premyer Liqa və I Divizion klubları pulunu SOCAR-dan niyə ala bilmir?

AFFA vasitəsilə SOCAR-dan maliyyələşən Premyer Liqa və I Divizion klubları daha bir müddət gözləməli olacaq.

Problem ondadır ki, istər elita, istərsə də aşağı dəstə təmsilçiləri 3 aya yaxındır maliyyə ilə təmin edilmir.

Onların payına düşən vəsaitin gecikdirilməsi neft şirkətində başlanan auditlə bağlıdır. Hər halda federasiyadan klub təmsilçilərinə belə bir xəbər verilib.

Bildirilib ki, struktur dəyişikliyindən sonra qurumda yoxlamalar gücləndirilib və nəticələr məlum olan kimi qeyri-müəyyən vəziyyət davam edəcək. Yəni ki, prosesin bir həftə çəkməsi də mümkündür, bir ay da.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti