Derbi oldu.
Əvvəla hakimlik haqda. Epizodlar:
- Buludovun qırmızısı: doğru qərar.
- Əmrəlinin qolunda ofsayd vardı: yanlış qərar.
- Medina-Kane "döyüşü": vərəqələr doğru, verilən penalti yanlış qərar.
- Stankonun ikinci sarısı: doğru qərar.
Ümumi hakimlik, idarəetmə 10 ballıq şkala ilə 6,5 bal. Meydanda Əliyar olsaydı, daha yaxşı olardı.
Oyuna gəlincə, konkret futbol adına heç nə izləmədik. Nə bir super, ya buna yaxın hücum oldu, nə də düşünülmüş bir şeylər. Heç nə, demək olar ki, heç nə. Buna derbi demək günah olar.
"Neftçi" qələbə üçün nə etmək lazım idisə, onu da elədi. Bu gün üçün, bu oyun üçün bundan artığını etmək mümkün deyildi. Amma bu qələbə "Pirr qələbəsi" oldu. Növbəti iki turda "Qəbələ" və "Səbail"lə oyunlarda normal heyət qurmaq çətin olacaq.
"Qarabağ" isə tam bir türklər demiş, xəyal qırıqlığı. Elə bil meydana yuxu dərmanı içib çıxmışdılar. Bu tendensiya davam etsə, çempionluq təhlükə altına düşə bilər.
Kənan Məstəliyev

