“Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının bəzi rüsumlardan azad edilməsi Qarabağ müharibəsi əlillərinə şamil edilmir”.
Sportinfo.az xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, bu barədə ona Qarabağ müharibəsi əlilləri müraciət edib: “Bu məsələni İqtisadi komitənin sədri Tahir müəllimlə də müzakirə edək.
Lazımdısa, “Dövlət rüsumu” haqqında qanunda müvafiq dəyişiklik edilməsi məsələsini aidiyyatı qurumlar qarşısında qaldıraq”.

